Astroloqların proqnozlarına əsasən, oktyabrın 22-si üç bürc üçün həyatın yeni mərhələsinin başlanğıcı ola bilər.
Ucnoqta.az xəbər verir ki, astroloji yozumlara görə, həmin gün bu bürclərin nümayəndələri özlərinə daha çox inanacaq və mühüm qərarlar verməyə hazır olacaqlar.
Qoç
Oktyabrın 22-də Qoçlar özlərinə inamın artdığını hiss edə bilərlər. Onlar adət etdikləri çərçivədən kənara çıxmağa, əvvəllər riskli və ya çətin hesab etdikləri işlərə başlamağa meyilli olacaqlar.
Astroloqların fikrincə, müsbət əhval-ruhiyyə Qoçlara irəliləməyə və məqsədlərinə çatmağa kömək edə bilər. Həmin gün baş verən dəyişikliklər daha uzunmüddətli müsbət dövrün başlanğıcı kimi də yozulur.
Əqrəb
Əqrəblər üçün cümə axşamı uğurlu başlaya və gün ərzində vəziyyət daha da yaxşılaşa bilər. Bu bürcün nümayəndələri qarşılarına qoyduqları məqsədlərə çatmaq üçün daha qətiyyətli davranacaqlar.
Astroloqlar hesab edirlər ki, Əqrəblərin əzmkarlığı və qərarlarına sadiqliyi onlar üçün yeni imkanlar aça bilər. Bu səbəbdən onlara tempdən düşməmək və məqsədlərinə doğru irəliləmək tövsiyə olunur.
Dolça
Oktyabrın 22-də Dolçalar hərəkətsiz qalmaq istəməyəcəklər. Onlar son aylardan daha çox enerji hiss edə, yeni addımlar atmağa və bacarıqlarını sınamağa həvəs göstərə bilərlər.
Astroloqlar Dolçalara intuisiyalarına diqqət yetirməyi və öz maraqlarını müdafiə etməkdən çəkinməməyi məsləhət görürlər. Özünəinam onlara mühüm qərar verməyə və həyatlarında yeni mərhələyə başlamağa kömək edə bilər.
