30
Rusiya Prezidenti Vladimir Putinlə ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff arasında görüş bu gün Sankt-Peterburqda keçiriləcək.
Ucnoqta.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov məlumat verib.
Onun sözlərinə görə, görüş bir neçə gün əvvəl razılaşdırılıb. Danışıqlarda Rusiya Birbaşa İnvestisiyalar Fondunun rəhbəri Kirill Dmitriyev də iştirak edəcək.
Uşakov bildirib ki, Ukrayna münaqişəsinin nizamlanması məsələsi də danışıqların gündəliyinə daxil olacaq.
