Amerikalı iş adamı İlon Mask SpaceX və Tesla şirkətlərinin mümkün birləşməsi məsələsinin müzakirə edildiyini açıqlayıb.
Ucnoqta.az xəbər verir ki, Maskın sözlərinə görə, hər iki şirkət birləşmə ehtimalını qiymətləndirmək üçün işçi qrupları yaradıb.
O, bu barədə SpaceX-in üçüncü rüb üzrə maliyyə hesabatının təqdimatı zamanı danışıb. Tədbirin yayımının videoqeydi X sosial şəbəkəsində yerləşdirilib.
Mask mümkün birləşmənin bir sıra üstünlüklər yarada biləcəyini bildirib. Onun fikrincə, şirkətlər birgə fəaliyyət göstərməklə süni intellekt proqram təminatının hazırlanmasını sürətləndirə, çip istehsalı, robototexnika və digər sahələrdə yeni texnologiyaların tətbiqini genişləndirə bilərlər.
Bununla yanaşı, Mask Tesla və SpaceX-in birləşməsinin qaçılmaz olduğunu düşünməyin düzgün olmadığını vurğulayıb. O qeyd edib ki, yekun qərar yaradılmış işçi qruplarının qiymətləndirməsindən asılı olacaq.
