İş adamı İlon Mask prezident Donald Trampın administrasiyasında çalışdığı dövrdə həddindən artıq irəli getdiyi ilə razılaşıb.
Ucnoqta.az xəbər verir ki, ABŞ hökumətinin səmərəliliyinin artırılması üzrə DOGE qurumuna rəhbərlik etmiş Mask bu barədə amerikalı yazıçı və jurnalist Uolter Ayzeksonun podkastında danışıb.
Sahibkar Ağ Evdə mühüm qərarların qəbul edildiyi anlarda iştirak etməyin və bəzi proseslərə təsir göstərmək imkanının maraqlı olduğunu bildirib. Bununla belə, o, kölgədə qalmasının və hökumətdə cəmi bir-iki ay işləməsinin daha məqsədəuyğun olacağını düşündüyünü deyib.
Müsahibə zamanı jurnalist Maskdan hakimiyyət dairələrində olmaqdan həddindən artıq təsirlənib-təsirlənmədiyini soruşub.
“Bəli, düşünürəm ki, bu, doğrudur. Əslində, mən bir qədər həddimi aşdım”, – deyə milyarder etiraf edib.
