Kanadada aparılan araşdırma həddindən artıq emal olunmuş qidaların çox istehlakının beyin sağlamlığına mümkün təsirlərini üzə çıxarıb.
Ucnoqta.az xəbər verir ki, Makmaster Universitetinin tədqiqatçıları 35–69 yaş arasında olan 8 783 nəfərin qidalanma vərdişlərini və maqnit-rezonans tomoqrafiyası (MRT) görüntülərini araşdırıblar.
Nəticələrə görə, həddindən artıq emal olunmuş qidaların çox istehlakı yağlanma göstəriciləri və beyin damarlarının zədələnməsi ilə əlaqələndirilib. Bu dəyişikliklərin koqnitiv pozuntular aşkar edilməzdən əvvəl də meydana çıxa biləcəyi ehtimal olunur.
Bununla belə, araşdırmada emal olunmuş qidaların istehlakı ilə koqnitiv fəaliyyət arasında birbaşa əlaqə müəyyən edilməyib.
Tədqiqatın nəticələri JAMA Network jurnalında dərc olunub.
