Rusiya ordusunun itkiləri 1,57 milyonu ötüb
Ucnoqta.az xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin məlumatına görə, 21 oktyabr səhər saatlarına olan məlumata əsasən, Rusiyanın müharibədəki canlı qüvvə itkiləri 1 milyon 570 min 540 nəfərə çatıb.
Son sutka ərzində Rusiya ordusunun 11 tankı, 16 zirehli döyüş maşını, 44 artilleriya sistemi, bir reaktiv yaylım atəşi sistemi və iki hava hücumundan müdafiə vasitəsi məhv edilib.
Bundan başqa, Ukrayna müdafiəçiləri 1 820 operativ-taktiki təyinatlı pilotsuz uçuş aparatı, 407 avtomobil və yanacaqdaşıyan maşın, dörd yerüstü robot kompleksi və iki xüsusi texnika sıradan çıxarıb.
Müharibə başlayandan bəri Rusiyanın itirdiyi hərbi texnikanın sayı belə göstərilir:
Tanklar: 12 436;
Zirehli döyüş maşınları: 25 586;
Artilleriya sistemləri: 51 403;
Reaktiv yaylım atəşi sistemləri: 2 228;
Hava hücumundan müdafiə vasitələri: 1 716;
Təyyarələr: 449;
Helikopterlər: 356;
Operativ-taktiki PUA-lar: 573 392;
Qanadlı raketlər: 5 138;
Gəmilər və katerlər: 35;
Sualtı qayıqlar: 2;
Avtomobil və yanacaqdaşıyan texnika: 165 278;
Xüsusi texnika: 4 844.
