37
Dubayda 10 milyon dollardan baha olan daşınmaz əmlakın satışları 2026-cı ilin üçüncü rübündə ötən ilin eyni dövrü ilə müqayisədə 17% azalıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə “Knight Frank” daşınmaz əmlak üzrə araşdırma şirkətinin təhlilində bildirilir. Məlumatı “Bloomberg” yayıb.
Məlumata görə, hesabat dövründə Dubayda qiyməti 10 milyon dolları aşan 86 əmlak satılıb. 2025-ci ilin eyni dövründə bu göstərici 103 olub.
Bununla belə, lüks daşınmaz əmlaka tələbat nisbətən sabit qalır. Satışların böyük hissəsi “Palm Jumeirah” və “Emirates Hills” kimi bahalı yaşayış ərazilərinin payına düşüb.
Bu ilin əvvəlindən etibarən Dubayda lüks daşınmaz əmlak üzrə sövdələşmələrin ümumi dəyəri 6,7 milyard dollar təşkil edib.
