46
Böyük Britaniyada Kral Hərbi Hava Qüvvələrinin Feyrford bazası ilə bağlı aparılan istintaq çərçivəsində İran kəşfiyyatına yardım etməkdə şübhəli bilinən iki kişi yenidən saxlanılıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə “Reuters” antiterror polisi məlumatına istinadən xəbər yayıb.
Məlumata görə, saxlanılanlardan biri Feyrford bazasının yaxınlığında ilkin olaraq saxlanılmış 24 yaşlı Britaniya vətəndaşı, digəri isə daha əvvəl Londonda saxlanılan 25 yaşlı Britaniya-İran ikili vətəndaşlığına malik şəxsdir.
Britaniya antiterror polisinin komissar köməkçisi Lourens Teylor bildirib ki, istintaq fəal mərhələdədir və sübutların toplanması davam edir.
“Biz İran dövlətinin bu işdə iştirakının yüksək ehtimal olunduğunu düşünürük”, – deyə o qeyd edib.
