41
Konqo Demokratik Respublikasında Ebola virusuna yoluxanların sayı 9 704-ə çatıb, xəstəlikdən ölənlərin sayı isə 4 687-yə yüksəlib.
Ucnoqta.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərən Milli İctimai Səhiyyə İnstitutu məlumat yayıb.
Məlumata görə, xəstəlikdən ölüm göstəricisi 48,3 faiz təşkil edir.
Ölkənin Rabitə və Media Nazirliyinin bildirdiyinə görə, hazırda xəstəlik əlamətləri olan 937 nəfər xəstəxana və tibbi təcridxanalarda müalicə alır. Yoluxmuş şəxslərlə təmasda olanların izlənməsi səviyyəsi isə 76,9 faizdir.
