76
Litvada Rusiya ilə sərhədə yaxın ərazilərdə hərbi təlimlər keçirilir. T
Ucnoqta.az xəbər verir ki, bu barədə Litva Silahlı Qüvvələrinin komandanlığı məlumat yayıb.
“Perkunas qalası / Qara qartal” adlı təlimlər ölkənin qərbində, Klaypeda, Qarqjday və Şilute bölgələrində keçirilir. Bu ərazilər Rusiyanın Kalininqrad vilayəti ilə həmsərhəddir.
Təlimlər zamanı strateji infrastruktur obyektlərinin mühafizəsi, mümkün insidentlərə cavab tədbirləri və mülki qurumlarla koordinasiya məsələləri məşq edilir.
Təlimlər oktyabrın 25-dək davam edəcək.
