34
Rusiya hava hücumundan müdafiə qüvvələri ötən gecə ölkənin müxtəlif bölgələrində 443 pilotsuz uçuş aparatını (PUA) ələ keçirərək məhv edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, PUA-lar Smolensk, Nijni Novqorod, Belqorod, Bryansk, Kursk, Kaluqa, Tula, Oryol, Lipetsk, Tambov, Voronej, Ryazan, Vladimir, Rostov və Volqoqrad vilayətləri, Perm və Krasnodar diyarları, Moskva regionu, Tatarıstan, Udmurtiya və Krım üzərində, həmçinin Qara və Azov dənizlərinin akvatoriyalarında vurulub.
