38
ABŞ-dan Estoniyaya HIMARS yaylım atəşli reaktiv sistemləri üçün 70 kilometrədək mənzili olan raketlər çatdırılıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Estoniyanın ERR dövlət teleradio portalı müdafiə naziri Martin Heremin açıqlamasına istinadən məlumat yayıb.
Məlumata görə, sursatların tədarükü gecikib. Portalın yazdığına əsasən, ABŞ yaz aylarında Yaxın Şərqdəki müharibə səbəbindən tədarükü müvəqqəti dayandırıb.
Tallin həmçinin təxminən 70 kilometr mənzilli GMLRS, eləcə də 300 kilometrədək məsafədəki hədəfləri vura bilən ATACMS raketləri sifariş edib.
