73
Niderland hökuməti ölkənin ən böyük sığınacaq axtaranlar mərkəzinin yerləşdiyi Ter-Apel qəsəbəsində ictimai asayişin qorunmasına kömək etmək üçün hərbi polis göndərəcək.
Ucnoqta.az xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Dilan Yeşilgöz-Zegerius məlumat verib.
Onun sözlərinə görə, Kral Hərbi Polisi qarşıdakı altı ay ərzində Ter-Apeldə hüquq-mühafizə orqanlarına ictimai asayişin təmin edilməsində dəstək göstərəcək.
Nazir bildirib ki, bu addım Niderlandın təhlükəsizliyinin təmin olunmasına töhfə verəcək.
