Polşa ölkə ərazisində daimi ABŞ hərbi bazasının tikintisinə təxminən 3,8 milyard dollar (15 milyard zloti) investisiya yatırmağı planlaşdırır.
Ucnoqta.az xəbər verir ki, bu barədə Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamış WNP.pl portalına müsahibəsində bildirib.
Nazirin sözlərinə görə, layihə hərbi obyektlərlə yanaşı, infrastrukturun, yaşayış evlərinin və digər zəruri binaların tikintisini də əhatə edəcək. ABŞ hərbçilərinin ailələri və şəxsi heyəti ilə birlikdə ölkədə daimi 5 min hərbçinin yerləşdirilməsi planlaşdırılır. Bunun üçün ümumilikdə təxminən 25 min nəfərin ehtiyaclarını qarşılayacaq infrastruktur yaradılmalıdır.
Kosinyak-Kamış bildirib ki, hazırda Polşa ABŞ-ın qərarını gözləyir. Müvafiq sənədlərin noyabrda Pentaqona göndərilməsi, Ağ Evin yekun qərarının isə dekabrda açıqlanması gözlənilir.
