33
İsrailin Baş naziri Benyamin Netanyahu İordan çayının qərb sahilindəki Fələstin ərazilərinin tam təcrid olunmasına hazırlıq görülməsi barədə göstəriş verib.
Ucnoqta.az xəbər verir ki, Netanyahu İsrail Müdafiə Ordusuna Xevron şəhərinin dərhal mühasirəyə alınmasını və oktyabrın 23-dən İordan çayının qərb sahilində tam təcrid rejiminin tətbiqinə hazırlaşmağı tapşırıb.
Bu qərar Yəhudeya bölgəsindəki yolayrıcında silahlı şəxslərin atəş açması ilə nəticələnən hücumdan sonra verilib.
Netanyahu HƏMAS üzvlərinin və onların əlbir olduğu şəxslərin təqib ediləcəyini bildirib. Baş nazirin açıqlamasını onun ofisi yayıb.
