32
ABŞ Prezidenti Donald Tramp 2020-ci il prezident seçkilərinin saxtalaşdırıldığını iddia edərək üçüncü dəfə prezidentliyə namizəd olmaq hüququna malik olduğunu bildirib.
Ucnoqta.az xəbər verir ki, Tramp Ayova ştatında tərəfdarları qarşısında çıxışı zamanı bu barədə danışıb.
O, 2020-ci il seçkilərinin saxtalaşdırıldığını əsas gətirərək yenidən namizədliyini irəli sürə biləcəyini düşündüyünü deyib.
Bununla belə, Tramp qanunvericiliyin ona üçüncü dəfə prezidentliyə namizəd olmağa icazə vermədiyini də etiraf edib. O, bu məsələdə tam əmin olmadığını söyləyib.
Qeyd edək ki, ABŞ Konstitusiyasına 22-ci düzəlişə əsasən, heç kim iki dəfədən artıq prezident seçilə bilməz.
