30
Fransada “Ostin” fırtınası səbəbindən 161 minə yaxın ev elektrik enerjisiz qalıb.
Ucnoqta.az xəbər verir ki, “Le Figaro” qəzetinin elektrik şəbəkəsi operatoru Enedis-ə istinadən yaydığı məlumata görə, təbii fəlakət ən çox Bretan, Normandiya və Luara torpaqları regionlarına təsir edib.
Bretan bölgəsində 128 min, Luara torpaqlarında 19 min, Normandiyada isə 14 min evin elektrik təchizatı kəsilib.
Enedis problemin aradan qaldırılması üçün 2 mindən çox əməkdaşın hazır vəziyyətdə olduğunu bildirib.
