29
Ekvadorda iki həbsxanada baş verən iğtişaşlarda 8 məhbus ölüb
Ucnoqta.az xəbər verir ki, Ekvadorda iki həbsxanada baş verən iğtişaşlar nəticəsində azı 8 məhbus ölüb, 10 nəfər yaralanıb.
Məhbuslarla bağlı məsələlər üzrə xidmətin məlumatına görə, iğtişaşlar Kotopaxi 1 saylı həbsxanasında və Piçinça 1 saylı müvəqqəti saxlama mərkəzində baş verib. Hər iki müəssisədə 4 məhbus həyatını itirib.
Hadisələrdə iştirak etməkdə şübhəli bilinən şəxslər müəyyən edilib. Onların ciddi rejimli El-Encuentro həbsxanasına köçürüləcəyi bildirilib.
