Fransanın Buş-dü-Ron departamentinin prefekturası Marsel şəhərində bütün nümayişləri qadağan edib.
Ucnoqta.az xəbər verir ki, vu barədə “La Provence” regional qəzeti məlumat yayıb.
Departamentin prefekti Jak Vitkovskinin sözlərinə görə, təhlükəsizlik səbəbindən qarşıdan gələn şənbə günü elan edilmiş və ya edilməmiş bütün aksiyalara qadağa qoyulacaq. Məhdudiyyətlər əhalinin alıcılıq qabiliyyəti ilə bağlı olmayan nümayişlərə də şamil ediləcək.
Bundan əlavə, şənbə günündən bazar gününə və bazar günündən bazar ertəsinə keçən gecələr Marseldə komendant saatı tətbiq olunacaq. Məhdudiyyət yerli vaxtla saat 23:00-dan 05:00-dək qüvvədə olacaq.
Prefekturanın qərarına əsasən, oktyabrın 24-də dəbilqə, maska, üzgüçülük və xizək eynəkləri, qoruyucu əlcəklər kimi fərdi mühafizə vasitələrinin daşınması, eləcə də yanacağın nəqli qadağan ediləcək.
