ABŞ Prezidenti Donald Trampın administrasiyası Meksika ilə sərhəddə yerləşən Biq-Bend Milli Parkında müdafiə qurğularının tikintisinin bərpası üçün Ali Məhkəməyə müraciət edib.
Ucnoqta.az xəbər verir ki, “The Washington Post”un məlumatına görə, Ağ Ev tikintinin dayandırılmasının sərhəd təhlükəsizliyini təmin etmək imkanlarını məhdudlaşdırdığını bildirir.
Dəyəri 1,7 milyard dollar olan və sərhədin 800 kilometrlik hissəsini əhatə edən layihə yerli sakinlərin və ekoloqların etirazından sonra Texas məhkəməsi tərəfindən dayandırılıb. İddiaçılar tikintinin təbii landşafta zərər vuracağını bildiriblər.
ABŞ administrasiyası 2021–2025-ci illərdə Biq-Bend ərazisində 89 mindən çox qanunsuz miqrantın saxlanıldığını əsas gətirərək işlərin bərpasını istəyir.
Layihə çərçivəsində avtomobil yolu, müşahidə kameraları, sensorlar və nəqliyyat vasitələrinə qarşı maneələr quraşdırılacaq. Hündür hasarın tikintisi isə nəzərdə tutulmur.
