30
Cəlilabad Rayon İcra Hakimiyyəti başçısına yeni müavin təyin olunub.
Ucnoqta.az “Yurd.Media”ya istinadla xəbər verir ki, bununla bağlı icra başçısı Rafiq Cəlilov müvafiq sərəncam imzalayıb.
Belə ki, Vahid Mirzəyev Başçının müavini – Sosial-iqtisadi və memarlıq-tikinti məsələləri şöbəsinin müdiri vəzifəsinə təyin olunub.
O, yeni təyinatadək Cəlilabad Şəhər Bələdiyyəsinin sədri olub.
