Fransada gözlənilən kütləvi etiraz aksiyaları zamanı təhlükəsizlik tədbirlərini gücləndirmək üçün polis kursantları cəlb ediləcək.
Ucnoqta.az xəbər verir ki, bu barədə BFMTV telekanalı məlumat yayıb.
Məlumata görə, Milli Polis Baş İdarəsi təhsilini başa çatdırmaq üzrə olan kursantlara müraciət edərək onları polis əməkdaşlarına dəstək göstərməyə çağırıb. Artıq bir neçə onlarla kursant könüllü olaraq bu təşəbbüsə qoşulmağa hazır olduğunu bildirib.
Qanunvericiliyə əsasən, kursantlar birbaşa ictimai asayişin qorunmasına cəlb edilməyəcək. Onlara inzibati işlər və polis bölmələrinin binalarının mühafizəsi həvalə olunacaq. Bununla daha təcrübəli əməkdaşlar etirazların keçiriləcəyi ərazilərdə xidmət apara biləcəklər.
BFMTV qeyd edir ki, oxşar təcrübədən Paris Olimpiadası və koronavirus pandemiyası dövründə də istifadə olunub.
