38
ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazının tamamilə ABŞ-ın nəzarətində olduğunu və belə də qalacağını bildirib.
Ucnoqta.az xəbər verir ki, Tramp bu barədə Ağ Evdə jurnalistlərə açıqlamasında ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatını şərh edərkən danışıb.
“İran hazırda demək olar ki, heç nə edə bilmir. İstəsəydik, bütün nefti ələ keçirə bilərdik. Bütün ölkəni də ələ keçirə bilərdik. Bildiyiniz kimi, Hörmüz boğazı tamamilə bizim nəzarətimizdədir və belə də qalacaq”, – deyə Tramp bildirib.
