Niderlandın Misirin paytaxtı Qahirədəki səfirliyi qarşısında keçirilən etiraz aksiyaları səbəbindən fəaliyyətini müvəqqəti dayandırıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə diplomatik nümayəndəliyin bəyanatında bildirilib.
Səfirlik təhlükəsizlik tədbiri olaraq növbəti xəbərdarlığa qədər ziyarətçilər üçün bağlı olacaq. Əvvəlcədən təyin edilmiş qəbullar və tədbirlər başqa vaxta keçiriləcək. Bununla belə, Qahirədəki VFS Global viza mərkəzinin fəaliyyəti məhdudlaşdırılmayacaq, səfirlik isə təcili konsulluq yardımı göstərməyə davam edəcək.
NOS telekanalının məlumatına görə, bu qərar Niderlanda qarşı doqquz gündür davam edən etirazlardan sonra qəbul edilib. Aksiyalar zamanı təhlükəsizlik səbəbindən səfirlik binası dəfələrlə boşaldılıb. Etirazçılar hər gün avtobuslarla Qahirənin Zamalek rayonunda yerləşən diplomatik nümayəndəliyin qarşısına gətirilib.
