42
Fransanın paytaxtı Parisin yaxınlığında yerləşən Trapp şəhərində baş verən atışma nəticəsində bir nəfər ölüb, dörd nəfər yaralanıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə AFP agentliyi polisə istinadən məlumat yayıb.
Hadisənin başvermə şəraiti, atəş açan şəxsin kimliyi və insidentin səbəbləri barədə hələlik ətraflı məlumat verilməyib.
Hüquq-mühafizə orqanlarının hadisə ilə bağlı araşdırma aparıb-aparmadığı, həmçinin şübhəlinin saxlanılıb-saxlanılmadığı barədə də əlavə məlumat açıqlanmayıb.
