31
Türkiyənin Zonquldak vilayətində kömür mədənində metan qazının partlaması nəticəsində ölənlərin sayı üç nəfərə çatıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə TRT Haber telekanalı vilayətin qubernatoru Osman Hacıbektaşoğluna istinadən məlumat yayıb.
Hadisə nəticəsində daha beş nəfər xəsarət alıb. Onlardan ikisinin vəziyyəti ağırdır və xəstəxanaya yerləşdiriliblər.
Partlayış yerli vaxtla saat 10:00 radələrində Gəlik rayonunda yerləşən özəl mədəndə baş verib. Hadisə yerinə dərhal xilasedicilər və tibbi yardım briqadaları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
