39
Ermənistanın Antikorrupsiya Məhkəməsi ölkənin sabiq prezidenti (1998–2008) və müxalifətdəki “Hayastan” blokunun lideri Robert Köçəryanın həbs müddətini daha iki ay uzadıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə “Yerevan Today” portalı məlumat yayıb.
Məhkəmə prokuror Tsovak Mnatsakanyanın vəsatətini təmin edib. Vəsatətdə Köçəryanın azadlığa buraxılacağı təqdirdə ibtidai istintaqa mane ola biləcəyi qeyd olunub.
Sabiq prezident vəzifə səlahiyyətlərindən sui-istifadə, xüsusilə külli miqdarda rüşvət alma və çirkli pulların yuyulmasında ittiham olunur.
