51
Brüsseldə Mərkəzi Dəmiryol Vağzalı yaxınlığında toplaşan bir neçə yüz etirazçı ilə polis arasında toqquşma baş verib.
Ucnoqta.az TASS-a istinadən xəbər verir ki, təxminən saat yarım davam edən dinc aksiyadan sonra bir neçə onlarla etirazçı şəhər mərkəzinə gedən yolu bağlayan polis kordonunu yarmağa çalışıb. Buna cavab olaraq polis gözyaşardıcı qazdan istifadə edib.
RTBF telekanalının məlumatına görə, şəhər hakimiyyəti oktyabrın 24-də etiraz aksiyalarının keçirilməsinə icazə verməyib. Hazırda hadisələrin miqyası böyük deyil, polis isə əsasən müşahidə ilə kifayətlənir.
