32
Bakıda təşkil olunan FIFA U-15 Dünya Çempionatında Azərbaycan millisinin bu gün iki qarşılaşması keçiriləcək.
Ucnoqta.az xəbər verir ki, Famil Xəlilovun rəhbərlik etdiyi yığma ilk olaraq saat 12:45-də Andorra seçməsi ilə qarşılaşacaq. Millimizin ikinci rəqibi isə Avstraliya olacaq. Bu görüş saat 19:30-da başlayacaq.
Hər iki matç Hövsan Yarış Kompleksinin 10A meydançasında keçiriləcək.
Qeyd edək ki, Azərbaycan millisi turnirdəki ilk oyununda Timor-Leste yığmasını 6:0 hesabı ilə məğlub edib.
FIFA U-15 Dünya Çempionatı və Festivalı oktyabrın 30-dək davam edəcək.
