Misli Premyer Liqasının IX turunda bu gün keçiriləcək iki qarşılaşma ilə tura yekun vurulacaq.
Ucnoqta.az xəbər verir ki, günün ilk matçında “İmişli” Yevlax şəhər stadionunda “Şamaxı” ilə üz-üzə gələcək. Görüş saat 15:00-da başlayacaq.
Turun diqqətçəkən qarşılaşması isə “Sabah” və “Qarabağ” komandaları arasında olacaq. Saat 18:00-da Mərdəkan qəsəbəsindəki “Dalğa Arena”da keçiriləcək matç turnir cədvəli baxımından xüsusi əhəmiyyət daşıyır.
Hazırda 19 xalla lider olan “Sabah” 17 xala malik “Qarabağ”dan iki xal öndədir. Hər iki komandanın hesabında yeddi oyun var.
Qeyd edək ki, turun əvvəlki görüşlərində “Neftçi” və “Turan Tovuz” 1:1 hesablı heç-heçə edib. “Kəpəz” “Şəfa”nı 2:1, “Qəbələ” “Araz-Naxçıvan”ı 2:1 hesabı ilə məğlub edib. “Zirə” isə “Sumqayıt” üzərində 3:2 hesablı qələbə qazanıb.
25 oktyabr (bazar)
15:00 — “İmişli” – “Şamaxı”
Hakimlər: Rauf Cabarov, Zeynal Zeynalov, Kərim Zeynalov, Ruslan Quliyev. VAR: Əliyar Ağayev, AVAR: Akif Əmirəli.
Stadion: Yevlax şəhər stadionu.
18:00 — “Sabah” – “Qarabağ”
Hakimlər: Rəşad Əhmədov, Elşad Abdullayev, Pərvin Talıbov, Emin Əliyev. VAR: Kamranbəy Rəhimov, AVAR: Teymur Teymurov.
Stadion: “Dalğa Arena”, Mərdəkan.
