46
Bolqarıstanda prezident seçkiləri üzrə səsvermə başlayıb.
Ucnoqta.az xəbər verir ki, yerli vaxtla saat 07:00-da ölkə üzrə 12 mindən çox seçki məntəqəsi açılıb. Seçkilərdə 6,6 milyon seçicinin səsvermə hüququ var. Səsvermə dünyanın 60 ölkəsində də keçirilir.
Prezident postuna 27 namizəd iddialıdır.
İlkin qeyri-rəsmi nəticələrin seçki məntəqələri bağlandıqdan sonra, saat 20:00-dan etibarən açıqlanacağı gözlənilir. Rəsmi nəticələr isə oktyabrın 27-də elan olunacaq.
