34
Yaponiyanın Kyuşu adasındakı Kumamoto prefekturasında 740 mindən çox sakinə güclü “Çampi” tayfunu ilə əlaqədar təxliyə xəbərdarlığı göndərilib.
Ucnoqta.az xəbər verir ki, bu barədə ölkənin milli ictimai televiziyası məlumat yayıb.
Məlumata görə, Kumamoto şəhərində sakinlərin toplanması üçün 20 böyük məntəqə yaradılıb. İlk növbədə yaşlı və fiziki cəhətdən zəif insanların təhlükəsiz ərazilərə köçürülməsi tövsiyə olunub.
