29
Barselonada baş verən küçə iğtişaşları zamanı təxminən 100 nəfər saxlanılıb, 14 obyektə ziyan dəyib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Kataloniyanın Daxili İşlər Departamenti məlumat yayıb.
Məlumata görə, oktyabrın 24-də axşam saatlarında sosial şəbəkələr vasitəsilə təşkil olunan aksiyada yüzlərlə gənc iştirak edib. Aksiya sonradan iğtişaşlara çevrilib, barrikadalar qurulub, yanğınlar törədilib və polislə toqquşmalar baş verib.
Yerli hakimiyyət orqanlarının bildirdiyinə görə, saxlanılanların təxminən 25 faizinin yetkinlik yaşına çatmayanlar olduğu ehtimal edilir.
Kataloniyanın Daxili İşlər Departamenti hadisələrin bir sıra Avropa şəhərlərində keçirilən etiraz aksiyaları ilə əlaqəli ola biləcəyini istisna etmir.
