36
Rusiya Prezidenti Vladimir Putinlə ABŞ Prezidenti Donald Tramp arasında ikitərəfli görüş APEC sammiti çərçivəsində keçirilə bilər.
Ucnoqta.az xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov RİA Novosti-yə açıqlamasında bildirib. Onun sözlərinə görə, hazırda belə bir görüşün keçirilməsi məsələsi müzakirə olunur.
APEC sammiti noyabrın 18-19-da Çinin Şençjen şəhərində keçiriləcək. Tədbir çərçivəsində Rusiya, Çin və ABŞ liderlərinin üçtərəfli görüşünün də keçirilməsi planlaşdırılır.
