ABŞ Müdafiə Nazirliyi ciddi münaqişə zamanı təchizat zəncirlərinin pozulması və elektrik şəbəkələrinin sıradan çıxması ehtimalına qarşı ölkə ərazisindəki hərbi bazaları ən azı 90 gün müstəqil fəaliyyət göstərə biləcək vəziyyətə gətirməyə hazırlaşır.
Ucnoqta.az xəbər verir ki, bu barədə “Fox News” telekanalı məlumat yayıb.
Məlumata görə, Pentaqonun FORTRESS America proqramı ABŞ-ın kontinental hissəsindəki bütün iri hərbi obyektlərin 90 gün ərzində xarici elektrik enerjisi, su, yanacaq və rabitə təchizatından asılı olmadan fəaliyyət göstərməsini nəzərdə tutur.
Proqramın həyata keçirilməsi ABŞ-ın hərbi obyektlərinin enerji, su, yanacaq və rabitə təminatında müstəqilliyinin artırılmasına, eləcə də mümkün böhran və münaqişələr zamanı onların fəaliyyət qabiliyyətinin qorunmasına yönəlib.
