Braziliyanın Ali Seçki Məhkəməsi prezident seçkilərinin ikinci turunda seçki məntəqələrinin iş vaxtını iki saat uzatmaq qərarına gəlib. Qərar səsvermənin rəsmi başa çatmasından sonra qəbul edilib.
Ucnoqta.az xəbər verir ki, qərara əsasən, seçki məntəqələri yerli vaxtla saat 19:00-dək açıq qalacaq. Bununla əlaqədar səslərin hesablanması və ilkin nəticələrin açıqlanması da təxirə salınıb.
Səsvermə müddətinin uzadılmasına seçki günü yaranan ciddi nəqliyyat və logistika problemlərinin səbəb olduğu bildirilir. Hazırkı prezident Luis İnasio Lula da Silvanın seçki qərargahı bir sıra şəhərlərdə pulsuz ictimai nəqliyyatın çatışmazlığı səbəbindən seçicilərin məntəqələrə gedə bilmədiyini açıqlayıb.
Bundan başqa, Braziliyanın cənub-şərqində səhər saatlarından başlayan güclü yağışlar yollarda subasmaya və nəqliyyatın iflic olmasına səbəb olub.
Seçki məntəqələrinin iş vaxtının uzadılması məqsədilə qəbul edilən qərarın səsvermənin yekunlarına və ilkin nəticələrin açıqlanma vaxtına təsir edəcəyi gözlənilir.
