Niderlandın KLM aviaşirkəti “Bulo” fırtınası səbəbindən Amsterdamın Sxiphol hava limanında 149 reysi ləğv edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə ANP agentliyi məlumat yayıb.
Məlumata görə, əlverişsiz hava şəraiti digər aviaşirkətlərin uçuşlarına da təsir edib. Belə ki, “easyJet” və Almaniyanın “Lufthansa” şirkətlərinin bəzi reysləri də ləğv olunub.
Sxiphol hava limanının administrasiyası hava şəraiti ilə əlaqədar təyyarələrin qəbulu və yola salınması imkanlarının məhdudlaşdırıldığını bildirib.
KLM-dən verilən məlumata görə, uçuşları ləğv edilən sərnişinlərə oktyabrın 24-də məlumat verilib. Onların biletləri mümkün olan ən yaxın reyslərə dəyişdiriləcək.
Küləyin sürəti saatda 90 kilometrə çatır
Niderland Kral Meteorologiya İnstitutu ölkənin sahilyanı əraziləri üçün sarı səviyyəli hava xəbərdarlığı elan edib.
