33
ABŞ Konqresindəki demokratlar ölkənin müdafiə naziri Pit Heqsetin vəzifəsindən uzaqlaşdırılması üçün təşəbbüs göstərməyi planlaşdırırlar.
Ucnoqta.az xəbər verir ki, bu barədə Nümayəndələr Palatasında demokratlar fraksiyasının lideri Hakim Cefris MS NOW telekanalına müsahibəsində bildirib.
Cefrisin sözlərinə görə, ABŞ Prezidenti Donald Tramp Pit Heqseti vəzifəsindən azad etməlidir. Əks halda, demokratlar bu məsələ ilə bağlı özləri addım atmalı olacaqlar.
O, gələn ay keçiriləcək aralıq seçkilərdə demokratların qələbə qazanacağı təqdirdə Heqsetin vəzifədən uzaqlaşdırılması məsələsinin gündəmə gətiriləcəyini vurğulayıb.
