ABŞ Prezidenti Donald Tramp Braziliyada keçirilən prezident seçkilərini tənqid edərək, nəticələrin saxtalaşdırıldığını iddia edib.
Ucnoqta.az xəbər verir ki, o, Vaşinqton yaxınlığındakı Endryus hərbi bazasında jurnalistlərin suallarını cavablandırarkən seçkilərin nəticələrini şərh edib.
Tramp səsverməni dəhşətli adlandıraraq, seçkilərin və səslərin hesablanması prosesinin olduqca pis təsir bağışladığını bildirib.
“Seçkilərin nəticələri mübahisə doğurmamalıdır. Lakin bu seçkilər mənə çox pis təsir bağışladı. Mən heç kimin tərəfini tutmamışam, heç kimi dəstəkləməmişəm. Ancaq baş verənlər korrupsiyalaşmış və dəhşətli görünürdü”, – deyə ABŞ lideri qeyd edib.
Bununla belə, Tramp yenidən prezident seçilən Luis İnasio Lula da Silva ilə münasibətlərinin yaxşı olduğunu vurğulayıb.
“Lulanı bəyənirəm. Onunla münasibətlərim çox yaxşı olub. Sadəcə, seçkilərin özü və səslərin hesablanması prosesi mənə çox pis təsir bağışladı”, – deyə o əlavə edib.
