27 oktyabrda başqalarının fikirlərinə ehtiyatla yanaşmaq və heç kimin öz düşüncələrini sizə qəbul etdirməsinə imkan verməmək tövsiyə olunur.
Ucnoqta.az astroloji proqnoza əsasən xəbər evrir ki, tənbəllik və ruh düşkünlüyündən uzaq durmaq da vacibdir. Gün ərzində işlə məşğul olmaq əhvalınıza müsbət təsir göstərə bilər.
Qoç
Ətrafınızdakı insanların aqressiv davranışlarına mümkün qədər reaksiya verməməyə çalışın. Eyni şəkildə cavab vermək sizi xoşagəlməz və mənasız münaqişəyə cəlb edə bilər.
Buğa
Bu gün fikirlərinizi ifadə etmək və başqalarını inandırmaq bacarığınız artacaq. Bu fürsətdən istifadə edərək hətta ən inadkar rəqiblərinizi belə öz mövqeyinizə inandıra bilərsiniz.
Əkizlər
Başqalarının təkidi ilə fikir və prinsiplərinizi dəyişməyin. Əks halda, sonradan güzəştə getdiyinizə görə peşman ola bilərsiniz.
Xərçəng
Uzun müddətdir həyatınızdakı çətin dövrün başa çatmasını gözləyirsiniz. Görünür, nəhayət, müsbət dəyişikliklər üçün əlverişli zaman yetişib. Əsas məsələ vəziyyəti düzgün qiymətləndirmək və vaxtında hərəkət etməkdir.
Şir
Vacib məqsədə çatmaq üçün dürüst olmayan üsullara əl atmayın. Əks halda, əldə etdiyiniz nəticə belə sizi sevindirməyəcək.
Qız
Unutmayın ki, bütün işləri eyni anda görmək mümkün deyil və gücünüz də tükənə bilər. Buna görə də bu gün yalnız işləməyə deyil, istirahətə də vaxt ayırın.
Tərəzi
Yaxın günlər üçün planlar qurarkən atacağınız hər addımın mümkün nəticələrini əvvəlcədən düşünün. Hadisələr gözlədiyiniz kimi inkişaf etməyə bilər, buna görə ehtiyatlı davranmaq faydalıdır.
Əqrəb
Yaxınınızla aranızdakı mübahisəni həll etməyin ən yaxşı yolu ilk addımı atmaqdır. Öz səhvlərinizi də qəbul etməyə çalışın. Bu, vəziyyətə fərqli tərəfdən baxmağa kömək edəcək.
Oxatan
Bu gün uğurun açarı təkcə ətraflı plan hazırlamaq deyil, həm də ona dəqiq əməl etməkdir. Planın hər hansı bir hissəsini nəzərdən qaçırmaq işlərinizi gecikdirə və vaxtınızı itirməyinizə səbəb ola bilər.
Oğlaq
Əgər yaxınınızla birgə yaşamırsınızsa, bu gün onunla görüşü təxirə salmaq daha yaxşıdır. Baş verə biləcək ciddi mübahisə münasibətlərinizə mənfi təsir göstərə, hətta ayrılığa səbəb ola bilər.
Dolça
Sizə səbəbsiz yerə mənfi münasibət bəsləyən insanlarla ünsiyyətdən uzaq durmağa çalışın. Belə münasibətlərə sərf edəcəyiniz enerjini daha vacib və faydalı işlərə yönəldə bilərsiniz.
Balıqlar
Bu gün hansı işlə məşğul olmağınızdan asılı olmayaraq, həddi aşmamağa çalışın və vaxtında dayanmağı bacarın. Əks halda, nəticə gözlədiyinizin tam əksi ola bilər. Bu yanaşma yalnız bu gün deyil, hər zaman faydalıdır.
Sabah üçün ulduz falı: Bürcləri nələr gözləyir?
33
