38
Koreya Xalq Demokratik Respublikası (KXDR) Cənubi Koreyanın dövlət sərhədini pozacağı və ya hərbçilərinin həyatına təhlükə yaranacağı təqdirdə özünümüdafiə hüququndan istifadə edəcəyini bəyan edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə KXDR-in BMT-dəki daimi nümayəndəsinin Təhlükəsizlik Şurasının sədrinə ünvanladığı məktubda bildirilib. Məlumatı Koreya Mərkəzi Teleqraf Agentliyi yayıb.
Oktyabrın 25-də göndərilən məktubda qeyd olunub ki, Cənubi Koreya KXDR ərazisinə hətta 1 millimetr daxil olarsa və ya ölkə vətəndaşlarının həyatına və təhlükəsizliyinə təhdid yaradan təxribat törədərsə, Pxenyan BMT Nizamnaməsinin 51-ci maddəsində nəzərdə tutulan özünümüdafiə hüququndan istifadə edə bilər.
