30
ABŞ Prezidenti Donald Tramp keçmiş prezident Barak Obamanın Ağ Evin yenidən qurulmasını “Cheesecake Factory” restoranının filialına bənzətməsinə münasibət bildirib.
Ucnoqta.az xəbər verir ki, Tramp jurnalistlərə açıqlamasında Obamanı tənqid edib. Onun sözlərini “The New York Post” qəzeti yayıb.
“Onun buranı ‘Cheesecake Factory’ adlandırması niyə pis prezident olduğunu göstərir”, – deyə Tramp bildirib.
ABŞ lideri qeyd edib ki, Ağ Ev ölkənin simvoludur və buna görə də ona lazımi qaydada qulluq edilməlidir.
