32
İsraildə Knessetə keçirilən parlament seçkilərində səsvermə məntəqələri yerli vaxtla saat 22:00-da bağlanıb. Yaxın dəqiqələrdə exit-poll nəticələrinin açıqlanması gözlənilir.
Ucnoqta.az xarici mediaya istinadən xəbər verir ki, İsrailin 12-ci televiziya kanalının məlumatına görə, Mərkəzi Seçki Komissiyası baş nazir Benyamin Netanyahunun rəhbərlik etdiyi “Likud” partiyasının məntəqələrin iş vaxtının uzadılması ilə bağlı müraciətini rədd edib.
Partiya bu müraciəti seçki məntəqələrində yaranan uzun növbələrlə əsaslandırıb.
Bununla belə, telekanalın məlumatına görə, yerli vaxtla saat 23:00-dək seçki məntəqələrinə daxil olan bütün seçicilərə səs vermək imkanı yaradılacaq.
