39
ABŞ hərbçiləri Sakit okeanın şərq hissəsində narkotik qaçaqmalçılığı ilə məşğul olduğu iddia edilən sürətli qayığa zərbə endiriblər.
Ucnoqta.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ Silahlı Qüvvələrinin Cənub Komandanlığının məlumatına görə, kəşfiyyat məlumatları gəminin narkotiklərin qanunsuz daşınmasında birbaşa iştirak etdiyini göstərib. Əməliyyat nəticəsində 5 nəfər öldürülüb.
Komandanlıq hadisə ilə bağlı məlumatı “X” sosial şəbəkəsində yayıb.
