Oktyabrın 28-də yaxın insanların, o cümlədən sevdiklərinizin, ailə üzvlərinizin və dostlarınızın sizi aldatmaq ehtimalı var.
Ucnoqta.az astroloji proqnoza əsasən xəbər verir ki, bu gün zəhərli münasibətlər yaradan insanlar da fəallaşa, enerjinizi alaraq əhvalınızı poza bilərlər. Buna görə də ətrafınızdakılarla ünsiyyəti məhdudlaşdırmaq, xüsusilə mənfi təsir göstərən insanlardan uzaq durmaq tövsiyə olunur.
Qoç
Günü boş keçirmək mənfi düşüncələrə yol aça bilər. Buna görə də fikrinizi yayındırmaq və mənfi emosiyalardan uzaqlaşmaq üçün işlə məşğul olmağınız məsləhətdir.
Buğa
Telefon danışıqları və mesajlaşmalar işinizə mane ola bilər. Peşəkar tapşırıqları vaxtında yerinə yetirmək üçün özünüzü intizamlı olmağa kökləyin.
Əkizlər
Yaxınlarınızdan biri ilə mübahisə ciddi münaqişəyə, hətta ayrılığa səbəb ola bilər. Belə bir vəziyyətin yaranmasını istəmirsinizsə, qarşı tərəfə güzəştə getməyə çalışın.
Xərçəng
Bu gün ünvanınıza səslənən tənqidi ürəyinizə salmayın. Unutmayın ki, tənqid edən şəxs öz problemlərini sizin üzərinizə köçürə bilər.
Şir
Az tanıdığınız, lakin israrla əlavə iş təklif edən insanlarla ehtiyatlı davranın. Təklifin arxasında dələduzluq dayana bilər.
Qız
Kiçik məbləğli əməliyyatlar da daxil olmaqla, maliyyə məsələlərində ehtiyatlı olun. Sadə bir səhv gözlənilməz itkilərə səbəb ola bilər.
Tərəzi
Özünəinamınızı artırmaq üçün əlverişli gündür. Son nailiyyətlərinizi xatırlamaq və uğurlarınızı qiymətləndirmək özünüzə münasibətinizi yaxşılaşdıra bilər.
Əqrəb
Sizi qıcıqlandırmağa və emosional reaksiyaya sövq etməyə çalışan insanlardan uzaq durun. Onların məqsədi əhvalınızı pozmaq ola bilər.
Oxatan
Peşəkar ideyalarınızı həmkarlarınızla bölüşməkdə tələsməyin. Fikirlərinizin başqaları tərəfindən mənimsənilməsi riski var.
Oğlaq
Ciddi şəxsi və peşəkar qərarları təxirə salmaq daha məqsədəuyğundur. Bu gün vəziyyəti obyektiv qiymətləndirmək çətin ola bilər.
Dolça
Keçmişdən birinin yenidən həyatınıza daxil olması gözləntilərinizi doğrultmaya bilər. Münasibətləri bərpa etmək istəyi olsa da, buna nail olmaq çətin görünür.
Balıqlar
Günü ailənizlə keçirməyə çalışın. Xüsusilə yaşlı ailə üzvləri və uşaqlar diqqətinizə ehtiyac duyurlar. Onlara vaxt ayırmaq üçün fürsət yaradın.
Ətrafınızdakılar sizi aldada bilər – Günün ulduz falı
33
Əvvəlki yazı
