31
Qətər vasitəçiləri regionda münaqişənin gərginliyini azaltmaq məqsədilə İrana yeni razılaşma layihəsi təqdim ediblər.
Ucnoqta.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, sənəd oktyabrın 25-də, bazar günü Tehrana təqdim edilib. Hazırda İran təklifi nəzərdən keçirir.
Razılaşma layihəsi tərəflərin etimadın möhkəmləndirilməsi üçün atmalı olduqları addımları əhatə edən yeddi günlük planı nəzərdə tutur.
“Reuters”in məlumatına görə, İranın həftənin sonunadək təklifə cavab verməsi gözlənilir. Sənəddə, həmçinin bir neçə ölkənin razılaşmaya təminatçı qismində qoşulması nəzərdə tutulur.
