İsraildə oktyabrın 27-də keçirilən parlament seçkilərində Baş nazir Benyamin Netanyahunun rəhbərlik etdiyi “Likud” partiyası səslərin 57,3 faizi hesablandıqdan sonra liderliyini qoruyur.
Ucnoqta.az xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) açıqladığı ilkin nəticələrdə bildirilir.
Məlumata görə, Netanyahunun partiyası 120 yerlik parlamentdə 27 mandat qazanır. Müxalifətin əsas rəqibi Qadi Ayzenkotun rəhbərlik etdiyi “Yaşar” partiyası isə 21 mandatla ikinci yerdədir.
Bununla yanaşı, Netanyahunun rəhbərlik etdiyi partiyalar bloku parlamentdə 55, müxalifət isə 49 yer əldə edir. Ərəb partiyaları isə ümumilikdə 16 mandat qazanır. Proqnozlara görə, nə müxalifət, nə də “Likud” bu partiyalarla koalisiyaya girməyə hazırdır.
İsraildə hökuməti formalaşdırmaq üçün Knessetdə ən azı 61 mandatın dəstəyini qazanmaq lazımdır. Hazırda heç bir siyasi qüvvə bu həddə çatmayıb.
MSK-nın səslərin hesablanmasının nəticələrini oktyabrın 29-da açıqlayacağı, yekun rəsmi nəticələrin isə noyabrın 4-dən gec olmayaraq dərc ediləcəyi gözlənilir.
