36
ABŞ Pentaqonu İsrailə əlavə “Patriot” hava hücumundan müdafiə sistemi göndərir.
Ucnoqta.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” qəzeti mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, ABŞ Silahlı Qüvvələri İsrailin raket hücumlarından müdafiəsini gücləndirmək məqsədilə Texas ştatından əlavə sistem göndərmək qərarına gəlib.
Nəşr, həmçinin gələn ay bölgəyə əlavə aviadaşıyıcı qrupunun gələcəyini bildirir. Bu qrup Yaxın Şərqdə yerləşən ABŞ Hərbi Dəniz Qüvvələrinin təxminən 20 hərbi gəmisinə qoşulacaq.
Qəzetin məlumatına əsasən, bu addımlar İranla hərbi əməliyyatların yenidən başlanacağı təqdirdə ABŞ Prezidenti Donald Trampa müxtəlif fəaliyyət variantları təqdim etmək məqsədi daşıyır.
