25
Vanuatu sahillərində 6,1 maqnitudalı zəlzələ baş verib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumata görə, yeraltı təkanların ocağı 35 kilometr dərinlikdə yerləşib.
Zəlzələ nəticəsində zərərçəkənlər və dağıntılar barədə məlumat daxil olmayıb. Sunami təhlükəsi elan edilməyib.
