18
Serbiyanın paytaxtı Belqradda İsrail səfirliyini mühafizə edən polis əməkdaşına hücum edən yeniyetmə güllələnib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Serbiyanın daxili işlər naziri İvitsa Daçiç məlumat verib.
Onun sözlərinə görə, şəxsiyyəti hələ müəyyənləşdirilməyən, Şabats şəhərindən olduğu ehtimal edilən yeniyetmə “Allahu Əkbər” qışqıraraq iki bıçaqla polis əməkdaşına hücum edib.
Daçiç bildirib ki, hücum edən şəxs özünümüdafiə məqsədilə güllələnib. Polis əməkdaşı isə yüngül xəsarət alıb.
Hadisənin təfərrüatları araşdırılır.
